Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Yeni ölümcül xəstəlik XƏBƏRDARLIĞI: "Çox təhlükəlidir, antibiotik də təsir etməyəcək..."

Yeni ölümcül xəstəlik XƏBƏRDARLIĞI: "Çox təhlükəlidir, antibiotik də təsir etməyəcək..."

Yeni ölümcül xəstəlik XƏBƏRDARLIĞI:
2023-09-26 , 13:33

Britaniyanın "Daily Mail" qəzetinə danışan elm adamları "X" adlı virusun koronavirusdan çox daha təhlükəli ola biləcəyini bildiriblər. 

 
Sfera.az xəbər verir ki, yoluxucu xəstəliklər mütəxəssisi Prof. Dr. Bülənt Ərtoğrul NTV-də "X" virusu və virus infeksiyaları ilə bağlı danışıb.    
 
Professor bildirib ki, yeni pandemiyanın olması gözləniləndir:
 
“Əslində, “X” adlandırdığımız virus hələ yoxdur, amma yarana da bilər. Biz buna hazır olmalıyıq. Bu, xəbərdarlıq kimi də başa düşülə bilər.Çox yaxın zamanda olmasa belə, bu əsrdə bir daha pandemiya baş verəcək. Pandemiyada ya yenə hansısa qrip virusu, ya da koronavirusun alt variant ilə qarşılaşa bilərik.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq ortaya çıxacaq hər hansısa pandemiyaya səbəb olacaq virusun dərhal nəzarətə alınması üçün büdcə ayrılması barədə inkişaf etmiş ölkələrə xəbərdarlıq edib və bu sahədə işlər görülür. Təşkilatın az inkişaf etmiş ölkələrdə səhiyyə sahəsinə dəstək verilməsi vacib məsələdir”.
 
Həkim bu tip xəstəliklər zamanı antibiotiklərin istifadə olunmamasını da vurğulayıb:
 

“Hazırda ən çox tənəffüs yolu infeksiyalarından danışmağımızın səbəbi bu yolla virusların daha tez yayılmasıdır.Onu da qeyd edim ki, belə yayılmış viruslarda antibitotiklər istifadə edilməməlidir. Yanlış antibiotik istifadəsinə görə, sadəcə Türkiyədə yox, bütün dünyada bakteriyalar artıq antibiotiklərə qarşı müqavimət mexanizmi inkişaf etdiriblər. Buna görə də 30 il əvvəl viruslar üçün rahatlıqla istifadə etdiyimiz antibiotiklər indi istifadəyə yarasızdır”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.