Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » COVID-dən daha dəhşətl virus yolda: “Azı 50 milyon insan öləcək” 

COVID-dən daha dəhşətl virus yolda: “Azı 50 milyon insan öləcək” 

COVID-dən daha dəhşətl virus yolda: “Azı 50 milyon insan öləcək” 
2023-09-25 , 12:45

Səhiyyə mütəxəssisləri COVID-19-dan daha ölümcül ola biləcək və 50 milyondan çox insanın həyatına son qoyacağı ehtimal edilən “Xəstəlik X" adlı potensial pandemiya barədə xəbərdarlıq ediblər. 

Cebhe.info xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən olan səhiyyə mütəxəssisləri COVID-19-un gələcəkdə daha dağıdıcı pandemiyaların xəbərçisi ola biləcəyini deyirlər. Böyük Britaniyanın Peyvənd İşçi Qrupuna sədrlik edən Dame Kate Bingham növbəti pandemiyanın ən azı 50 milyon insanın həyatına səbəb ola biləcəyi ilə bağlı dəhşətli xəbərdarlıq edib və COVID-19-un daha ölümcül olmadığı üçün dünyanın şanslı olduğunu vurğulayıb. 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) növbəti gözlənilən pandemiyanın “Xəstəlik X” adlandırıb və onun artıq “yolda” ola biləcəyini bildirib. ÜST-ün məlumatlarına görə, 2019-cu ildə ortaya çıxan COVID-19 artıq dünyada təxminən yeddi milyon insanın həyatına son qoyub. Dame Kate Bingham xəbərdarlıq edib ki, “Xəstəlik X” COVID-19-dan yeddi dəfə daha ölümcül ola bilər. O, həmçinin növbəti pandemiyanın mövcud virusdan qaynaqlandığını deyib. 
İspan qripinə bənzəyir 
1918-19-cu illərdə 50 milyondan çox insanın ölümünə səbəb olan qrip pandemiyası ilə paralellər aparan Bingham deyib:
"Bu gün biz artıq mövcud olan çoxsaylı viruslardan birindən oxşar ölüm sayı gözləyə bilərik. Bu gün planetimizdəki digər həyat formalarından daha çox virus intensiv şəkildə yayılır və mutasiyaya uğrayır. Əlbəttə ki, onların hamısı insanlar üçün təhlükə yaratmasa da bir çoxu yaradır”. 
O, alimlərin hər birinin minlərlə fərdi virusdan ibarət 25 virus ailəsini izlədiyini və onlardan hər hansı birinin mutasiyaya uğrayaraq ciddi pandemiyaya çevrilə biləcəyini söyləyib. Bu müşahidə heyvanlardan insanlara keçə bilən viruslara aid edilmir”. 
“Xəstəlik –X” COVİD-dən daha ölümcül olacaq 
Dame Kate deyib ki, COVİD-ə yoluxmuş insanların böyük əksəriyyəti sağalmağı bacarıb: 
““Xəstəlik X”in qızılca kimi yoluxucu olduğunu və ölüm nisbətinin 67 faiz olan Ebola qədər yüksək olduğunu düşünün. Dünyanın bir yerində çoxalır və gec-tez kimsə özünü xəstə hiss etməyə başlayacaq”. 
Qeyd edək ki, Böyük Britaniya alimləri artıq naməlum "Xəstəlik X"i hədəf alan bir peyvənd hazırlamağa başlayıblar. Viltshire qraflığında yüksək mühafizə olunan Porton Daun laboratoriya kompleksində aparılan tədqiqatda 200-dən çox alim iştirak edir. Tədqiqatçılar diqqəti insanlara yoluxdurmaq potensialına malik olan və bütün dünyada sürətlə yayılan heyvan viruslarına yönəldiblər.
Müayinə edilən patogenlər arasında quş qripi, meymun çiçəyi və gəmiricilər tərəfindən ötürülən hantavirus da var. Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) prezidenti, professor Dame Jenny Harries iqlim dəyişikliyi və əhalinin yerdəyişməsi kimi amillərin gələcək pandemiya ehtimalını artırdığını vurğulayıb. Harries proaktiv hazırlıq tədbirlərinə ehtiyac olduğunu vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.