Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Lazer korreksiyası insan bədəni üçün zərərlidir?

Lazer korreksiyası insan bədəni üçün zərərlidir?

Lazer korreksiyası insan bədəni üçün zərərlidir?
2024-09-25 , 16:36

"Lazer korreksiyası üsulunun bədənin reproduktiv funksiyasına təsir göstərməsinə dair məşhur mif öz təsdiqini tapmayıb". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində nazirliyin mütəxəssis-eksperti, oftalmoloq İmran Carullazadə açıqlayıb.

 
Onun sözlərinə görə, lazer korreksiyası çox mühüm ixtiradır:
 
"Elə hesab edin ki, eynəklər birbaşa gözlərinizə quraşdırılır. Bu, eynəkdən xilas olmaq üçün sürətli, ağrısız və ən əsası yüksəkkeyfiyyətli bir üsuldur. Təbii ki, burada məhdudiyyətlər də var".
 
Mütəxəssis-ekspert bildirib ki, göstəriciləriniz yüksəkdirsə, məsələn, mənfi və ya müsbət 8-9, həmçinin yaşınız 40-50-dən yuxarıdırsa və buna əlavə olaraq buynuz qişanın incəlməsi müşahidə olunursa, görmə qabiliyyətini yaxşılaşdırmaq üçün digər eyni dərəcədə effektiv cərrahi üsullara müraciət etmək daha yaxşıdır:
 
"Məsələn, yaxşı olar ki, göziçi linzalar qoyulsun. Bu da tez başa gələn və ağrısız bir prosedurdur, bir az lazer korreksiyasına bənzəyir", - deyə mütəxəssis qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.