Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » “Tozsoran masajı” barədə XƏBƏRDARLIQ: "Limfa vəziləri, qalxanvari vəzi, kapilyarları zədələyə bilər"

“Tozsoran masajı” barədə XƏBƏRDARLIQ: "Limfa vəziləri, qalxanvari vəzi, kapilyarları zədələyə bilər"

“Tozsoran masajı” barədə XƏBƏRDARLIQ: 
2024-11-01 , 16:10

Son illər sosial şəbəkələrdə qeyri-adi masaj prosedurları ilə diqqət çəkən tanınmış masajist Lalə Qadiyevanın “tozsoran” masajı videosu bir neçə gündür, gündəmdədir. Belə ki, Xəzər TV-də aparıcı Vüsalə Əlizadənin “İncə səhər” verilişində qonaq olan masajist Lalə Qadiyeva “tozsoran masajı”nın xeyrindən danışsa da, ona qarşı çıxanlar da az olmayıb. Bu cür prosedurların həssas bölgə sayılan dəri üçün çox təhlükəli olduğu deyilir. 

 
Pravda.az bununla bağlı tanınmış dermatoloq Şövqü Salahovun fikirlərini öyrənib. 
 

 
Həkim bildirib ki, nə bir kitabda, nə jurnalda, nə də tibbi məqalədə bu cür prosedurdan, müalicə növündən söhbət gedir: “Heç bir müəllif "tozsoranla masaj et" demir. Bir şeyin ki adı "tozsoran"dır. Bu alət toz sovurmaq üçündür. İçində nə qədər çirk var. Materialı nədir? Tozsoran kimi çirkli əşya ilə birbaşa dəriyə bu cür təmas etmək doğru deyil.  Heç alətin hansı gücdə olduğu da bilinmir. Dərini bir az dartacaq deyə tozsoranla masaj proseduru yoxdur və bu qəbulolunmazdır. Belə qoyulan banka ilə bunu eyniləşdirməsinlər. Lalə Qadiyeva boğazını da tozsoranla masaj edir. Halbuki həmin nahiyədə limfa vəziləri var. Onları da, qalxanvari vəzini də, xırda kapilyarları da zədələyə bilər. Bir insanın hər hansı proseduru etməsi onun kütləvi istifadəsinə göstəriş deyil”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.