Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Uşaqların gələcəyini məhv edən gizli təhlükə - AQTA-dan SOS çağırış

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - AQTA-dan SOS çağırış

Uşaqların gələcəyini məhv edən gizli təhlükə - AQTA-dan SOS çağırış
2025-09-19 , 14:27

Məktəb illəri uşaqların gələcək həyat tərzini, xüsusən də qidalanma vərdişlərini formalaşdırır. Həmin dövrdə ailə, məktəb və sosial mühit onların qida seçimlərinə təsir edir. Təəssüf ki, bir çox məktəbli meyvə-tərəvəz əvəzinə “fast-food”, şirniyyat və qazlı içkilərə üstünlük verir ki, bu da artıq çəki və ümumi sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatında bildirilir.
“Araşdırmalar göstərir ki, uşaqlıqda sağlam qidalanma vərdişləri böyüdükdə davam edir. Ona görə valideynlər uşaqların menyusuna meyvə, tərəvəz, zülallı məhsullar və sağlam içkilər əlavə etməklə onların həm təhsil uğurlarına, həm də sağlam gələcəyinə töhfə verə bilərlər. AQTA “Sözdən əmələ keç, sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində uşaqların sağlam gələcəyini nəzərə alaraq addımlar atır və hər kəsi həmin təşəbbüsə qoşulmağa dəvət edir!”, - deyə məlumatda bildirilir. 
Yenilik.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.