“AL” MARKETLƏRDƏ ENDİRİM FIRILDAĞI – ŞİKAYƏT

“Al” marketlər şəbəkəsi “bol-bol endirim” adı altında alıcıları aldadır.
“ “Al” marketin növbəti “bol-bol endirim” kompaniyası başlayıb. Halal Nemət Min Bərəkət firmasının istehsalı olan ” Səhər ” sosiskasının digər marketlərdə gündəlik satış qiyməti 6.50 AZN-dir. “Al” market isə gündəlik 9.75 manata satdığı həmin sosisləri endirimlə 6 manat 99 qəpiyə endirib.
Vitrinə göz gəzdirərkən diqqətimi çəkən digər maraqlı məqam da oldu. Həmin firmanın “İmsak” və “Sacüstü” sosiskaları “Səhər” sosiskasının “Al” marketdə endirimdən əvvəlki qiymətindən daha aşağı satılır. İmsak – 9.20 AZN; Sacüstü – 9.00 AZN”.

OXŞAR XƏBƏRLƏR