Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Müştəri “AZZA” şirniyyat evindən şikayətçidir- Foto

Müştəri “AZZA” şirniyyat evindən şikayətçidir- Foto

Müştəri “AZZA” şirniyyat evindən şikayətçidir- Foto
2025-03-10 , 16:58

Müştəri “AZZA Gastronom” şirniyyat evinin bayram günlərində etdiyi fırıldağı üzə çıxarıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Samir İsmayılov məlumat paylaşıb. O bildirib ki, şirniyyat evi bayram günlərində qiyməti münasib olan tortları satışdan yığışdırır:
“Şikayətim “AZZA Gastronom” filiallarındandır. Son vaxtlar fikir verirəm, bayram ərəfələrində daha münasib qiymətə olan “Skazka” tortunu satmırlar. 14 fevralda da, 8 Martda da neçə yerdən girib soruşdum. Hamısında da satıcılar bildirir ki, bayramdan sonra olacaq. Niyə? Çünki “Skazka” tortu 12,5 azn-dir. Çox adam da daha ucuz və daha münasib olduğu üçün bu tortu alır. Amma “AZZA” bilərəkdən bu tortları bayram günlərində satmır. Bayramlarda isə vitrinə ancaq 18 manata və daha baha olan tortları yığırlar”.
Qarşı tərəfi dinləməyə hazıfrıq.
Nigar

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.