Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"

"Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"

2025-03-13 , 14:02

"Yeni Klinika"nın əməkdaşları əməkhaqqılarının gecikməsindən şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.

"Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əməkhaqqını almamışıq. Əməkhaqqılarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Maaşların ləngiməsi isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur".
"Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-ın mövzu ilə bağlı sorğusunu gün ərzində cavablandıracağını bildirsə də, sonradan heç bir cavab vermədi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.