Vətəndaş müavinət ala bilmir, qurumlar niyə imtina edir? –ŞİKAYƏT
Tribunainfo.az xəbər verir ki, İnternat məktəbinin məzunu Eldarov Xəlil Sərdar oğlu tərəfindən Musavat.com-a şikayət məktubu daxil olub. O məktubunda bunları qeyd edir:
Bu məsələ ilə bağlı dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, lakin mənim kimi şəxslərə bu ödənişin verilməsindən imtina edilib. Halbuki, qanunvericiliyin 693 saylı və Nazirlər Kabinetinin 179 nömrəli qərarında göstərilən qaydalara əsasən bu təminat nəzərdə tutulub. Milli Məclisin Sosial qanunvericilik şöbəsində də olmuşam və orada mənə bildirilib ki, bu, birdəfəlik ödəniş hüququmdur. Lakin nazirlik bunu həyata keçirməkdən imtina edir. Nazirliyin daxilində qanunvericiliyə uyğun olmayan qərarlar qəbul edilib və bu qərarlar əsas gətirilərək müavinət verilmir”.
Şikayətçinin sözlərinə görə, əvvəl bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də müraciət edib:
“O zaman mənə bildirildi ki, məsələ yaxın zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə ediləcək, ora müraciət edərəm. Amma bundan sonra da problemlər ortaya çıxdı.
Milli Məclisin qanunvericilik şöbəsi təsdiq edir ki, bu ödəniş mənə düşür, lakin icra orqanları bu qərarı tətbiq etməkdə çətinlik çəkirlər. Bu məsələ ilə bağlı bir neçə qəbulda olmuşam. Artıq çarəsiz vəziyyətdəyəm. Məhkəməyə müraciət etmişəm. Birinci instansiya məhkəməsi xeyrimə qərar çıxardı və müavinətin təmin edilməsini tələb etdi. Lakin Apelyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı ləğv etdi.
Hətta deputatlarımıza da bu barədə müraciət etmişəm. Kimə müraciət edirəmsə, deyirlər ki, bu qanun sizə aid deyil. İzah edirəm, amma başa düşmürlər. Xahiş edirəm, mənə kömək edin”.
Qeyd edək ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu göndərdik. Musavat.com qurumdan sorğuya verilən cavabı təqdim edir: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar isə hər iki valideyni:
– məlum olmayan;
– valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
– xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
– cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
– uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
– uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən,
– qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
Eyni zamanda, bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər, eləcə də valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər.
Vətəndaş Eldarov Xəlil Sərdar oğlu valideynlərini itirdiyi zaman yaşı 18-dən çox olub, həmçinin həmin vaxt əyani formada təhsil almayıb. Ona görə də o, valideyn himayəsindən məhrum olmuş şəxs hesab edilmir və bu səbəbdən də ona birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliklə mümkün deyil.
Xəlil Eldarovun ona birdəfəlik müavinətin təyin edilməməsi ilə bağlı Nazirliyə qarşı qaldırdığı iddia məhkəmə tərəfindən də təmin edilməyib və bununla bağlı Apellyasiya Məhkəməsinin qərarı da Ali Məhkəmə tərəfindən də dəyişdirilmədən qüvvədə saxlanılıb”.
OXŞAR XƏBƏRLƏR

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Prezidentdən MÜHÜM FƏRMAN – Bu uşaqlara birdəfəlik müavinət ödəniləcək
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55