Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Müştərilər McDonald’s-ı topa tutdu – “Ətdə iy var, içkidə tük, fri isə duzsuz”

Müştərilər McDonald’s-ı topa tutdu – “Ətdə iy var, içkidə tük, fri isə duzsuz”

Müştərilər McDonald’s-ı topa tutdu – “Ətdə iy var, içkidə tük, fri isə duzsuz”
2025-06-02 , 15:49

“İstifadə etdikləri ət iylənir, verdikləri içkidən tük çıxır”.

Tribunainfo.az xəbər verir ki, müştəriləri sosial şəbəkədə “McDonald’s Azərbaycan”dan şikayət ediblər.
Belə ki, müştərilərdən biri “McDonald’s”da yediyi kartof frinin duzunun olmamasından şikayətlənib:
“McDonald’s”ın “Neftçilər” filialına duz alan yoxdur, deyəsən. Niyə belə edirlər ki? Duzu evlərindən gətirirlər deyə qənaət edirlər?”
Digər müştərilərin yazdığına görə, eyni hal Sumqayıt, Nərimanov və “Tarqovu”dakı filiallarda da yaşanır. Kartof friyə duz vurulmur.
Digər bir müştəri “McDonald’s”dan aldığı “burger”in içindəki ətin iylənmiş olduğunu bildirib:
“McDonalds”da keyfiyyətli heçnə yoxdu.Keçən dəfə burgeri test etdim.İylənmiş ətə soğan vurub çörəyin arasına qoyublar. Bir dənə də 0,05 mikron ola, ya olmaya xiyar turşusu”
Başqa bir müştərinin iddiasına görə isə “McDonald’s”da içdiyi “Fanta”nın içindən tük çıxıb: “Bugün də Əhmədli filialında Fantanın içindən tük çıxdı”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.