Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Yasamalda piyada səkisində təhlükəli çuxur… İH bunu nə məqsədlə qoyub? – Foto

Yasamalda piyada səkisində təhlükəli çuxur… İH bunu nə məqsədlə qoyub? – Foto

Yasamalda piyada səkisində təhlükəli çuxur… İH bunu nə məqsədlə qoyub? – Foto
2025-10-06 , 13:25

Yasamal rayonunda təmir edilmiş piyada səkisində təhlükəli vəziyyət yaranıb.

Tribunainfo.az-a foto göndərən rayon sakinləri bildirib ki, yaxın günlərdə Yasamal Rayon İcra Hakimiyyəti M.Şərifzadə küçəsində səkinin bir hissəsinə yeni asfalt örtük vurub. Lakin iş zamanı böyük boru şəklində bidon səkinin kənarında yerə basdırılmış şəkildə qalıb.
Sakinlər bildirib ki, bidonun yerə hansı məqsədlə basdırıldığı məlum deyil. Ancaq bu hal təhlükəli vəziyyət yaradıb. Belə ki, xüsusilə günün qaranlı saatlarında səkidəki böyük dəlik görünmür. Bu da uşaqların, yaşlıların, ümumiyyətlə səkidə hərəkət edək hər kəs üçün təhlükədir.
Həmçinin yağıntılı havalarda bidonun içi su ilə dolur. Gün ərzində isə küçədən keçənlər ora zibil atır. Bidon isə yerə bərkidildiyi üçün içini təmizləmək mümkün deyil.
Sakinlər bildirib ki, nə qədər ki, kiminsə ayağı o boşluğa düşüb xəsarət almayıb, tezliklə gəlib problemi həll etsinlər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.