Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "Təkərli kitab evi" Sumqayıtda məhəllədən məhəlləyə qovulur"-Şahbaz Xuduoğlu

"Təkərli kitab evi" Sumqayıtda məhəllədən məhəlləyə qovulur"-Şahbaz Xuduoğlu

2025-11-12 , 03:39

"Qanun" nşriyyatının rəhbəri Şahbaz Xuduoğlu "Təkərli kitab evi" layihəsinin maneələrlə üzləşdiyindən gileylənib. Naşir bu barədə sosial şəbəkədə yazıb. Həmin statusu olduğu kimi dərc edirik:

"Biz bir “Təkərli kitab dükanı” yaratdıq ki, ölkəni gəzsin, kitabı unudulmağa qoymasın. Çox yerdə özümüzə qarşı təpki gördük. Harada dayanırsa, o yerin bir sahibi çıxır ki, burda dayanmaq olmaz. Dövlət idarəsinin qarşısıdır – dayanmaq olmaz. Marketin qarşısıdır – dayanmaq olmaz. 
Beş il oldu, təkərli kitabı məhələlərə və regionlara çıxardıq. Bir yerdə də səlahiyyət sahiblərindən “xoş gəldiniz” eşitmədik. Hər yerdə zabitə süngüsü, hər yerdə sorğu-sual. Digər tərəfdən də insanların biganə münasibəti, kitaba ikrah doğuran nəzərləri. Amma uşaqların sevincini gördük. Məhz budur, əlimizi soyutmayan.
“Təkərli kitab dükanı” Sumqayıtda bir məhlədən qovulub, o biri məhləyə gedir. “Bağça şəhər” evlərinin komendantı sakinlər adından 102-yə şikayət edib ki, “Təkərli kitab dükanı”nı  məhləmizdə görmək istəmirik. Mən belə bir cəmiyyət heç yerdə görməmişəm və heç kəsə də arzulamıram.
İnsanlıq üçün ən təhlükəli bəla ilə üz-üzəyik-  CAHİLLiK!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.