“WhiteStone” əvvəlcə İDEA-nın saldığı meydançanı dağıtdı, indi də sakinləri soyuqdan dondurur - “Elgin Həbibullayev də maraqlanmır, qapıdan qaytarırlar...”
“WhiteStone Tower” şirkəti ilə (Ailə Park MMC) Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan sakinlər arasında qalmaqal böyüyüb.
Ərazidə yaşayan sakinlərdən Birinci Qarabağ müharibəsinin şəhidi Heydər Həmidovun bacısı Xanım Sultanova Pravda.az-a açıqlamasında baş verənlərlə əlaqədar bir sıra mühüm faktları açıqlayıb.
O bildirib ki, "WhiteStone Tower" şirkətinin özbaşınalığı ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin qapısını döyən vətəndaşlar geri qaytarılıblar: “Mən yeganə qardaşımı Birinci Qarabağ müharibəsində şəhid vermişəm. Onun qızı isə Vətən müharibəsində öz həyat yoldaşı mayor Anar Məmmədovu qurban verib. İndi mən həm qardaşımın qızına, həm də onun övladlarına himayəçilik edirəm. Onlar da neçə il bu evdə qalıblar. Ev soyuq olduğu üçün uşaqları bir otağı təmir edilmiş başqa evə göndərmişik ki, bu şəraiti mənimlə bərabər çəkməsinlər. Guya mənə icra hakimiyyətinin vəzifəli şəxsi zəng edib, dinləyib, problemi həll edib, yalandır. Dəfələrlə qonşularımız Nərimanov Rayon İcra Hakimiyyətinə gediblər. Onları qapıdan qaytarıblar. Elgin Həbibullayev isə vəzifəyə təyin ediləndən hələ bir dəfə də olsun, bu məhəllədə bir nəfərin qapısını açmayıb. Gəlib heç həyətdə soruşmayıb ki, nə probleminiz var? Bunu "JEK" də bilir. "JEK" axşama qədər "WhiteStone Tower" şirkəti ilə mübarizə aparır ki, zibilləri təmizləsinlər, yolu bağlamasınlar, heç olmasa çuxur qazıblar, üstünü örtsünlər. Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etmişdik. Zəng də etdik, dedilər ki, bizlik deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə deyin. Hazırda vəkil şirkəti məhkəməyə verməyə hazırlaşırıq. Prezidentin, o cümlədən Birinci-vitse prezidentin, Fövqəladə Hallar Nazirliyinin, DTX-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytına da müraciət etmişik. Hələ bizə cavab gəlməyib. Ərazimizin “qırmızı xətt”ini göstərsinlər. Özlərinə məxsus zibilləri bizim həyətimizdən daşıyırlar. Zibil maşını əraziyə girə bilmir. Həyətimizi necə zəbt ediblərsə, onda konteynerləri də öz ərazilərində qoysunlar... Bizə avtomobil parklamağa da icazə vermirlər. Qablarla su daşıyırıq...”
X.Sultanova deyib ki, "WhiteStone Tower" İDEA tərəfindən ərazidə salınmış meydançanı tamamilə məhv edərək yerində öz layihəsini ucaldıb: “İDEA İctimai Birliyinin rəhbərliyi uşaqlar üçün çox gözəl meydança hazırlamışdı. Şirkət həmin yeri zəbt etdi. Yerində üç bina tikdi. Hazırda İDEA-nın saldığı meydançanı ləğv ediblər. Bu, nə özbaşınalıqdır?"
Nərimanov Rayon İcra Hakimiyyəti isə mətbuata açıqlama verməkdə maraqlı deyil.
Qeyd: Şikayətlə əlaqədar bundan əvvəlki yazı ilə əlaqədar "WhiteStone Tower" şirkətinin nümayəndəsi əməkdaşımızla əlaqə yaradaraq saytdan yazını tamamilə ləğv etməsi "göstərişini" verib, onu ofisə dəvət edib. O, həm də vətəndaşların dediklərinin heç bir əsası olmadığını bildirib. Maraqlıdır, şirkət özünü məsələdə tam şəffaf hiss etdiyi halda nə üçün hələ də saytımıza heç bir mövqe göndərməyib. Görüşmək bu qədər rahat idisə, indiyə qədər niyə ofislərində qazsız, işıqsız qalan sakinləri qəbul etməyiblər? Bir az araşdırdıqdan sonra məlum oldu ki, hüquqi ünvanı AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev.42/9, m.56 olan "WhiteStone Tower" "Ailə Park" QSC-yə məxsusdur. QSC-nin qanuni təmsilçisi isə Samir Fəxrəddin oğlu Yusubovdur. Bunu da xatırladaq ki, 2023-cü ildə "Ailə Park” QSC-nin direktoru Hüseyn Emin oğlu Mədətov Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunmuşdu. İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və Aşıq Molla Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməmiş və müvafiq tapşırıqlar verməmişdi. Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülmüş və həmin vaxt orada olan əşyalar məhv edilmişdi. Nəticədə, zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəymişdi. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdi.
OXŞAR XƏBƏRLƏR

Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
"WhiteStone Tower" şirkəti sakinlərin işığını, qazını kəsdi - İcra başçısı Elgin Həbibullayev HARA BAXIR? - VİDEO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti – Olympus Park…
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55