Şəhərsalma Komitəsi süründürməçilikdən əl çəkmir – Prezident fərmanı icra olunmur
Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 saylı Fərmanı qəbul ediləndə bu sənəd dövlət-vətəndaş münasibətlərində mühüm dönüş nöqtəsi kimi dəyərləndirilmişdi.
Məqsəd açıq və aydın idi. İllərlə sənədsiz qalmış obyektlərin leqallaşdırılması, sahibkarlıq mühitinin sağlamlaşdırılması, minlərlə iş yerinin hüquqi əsaslara keçməsi və nəticə etibarilə dövlət büdcəsinə milyonlarla manat əlavə vəsaitin cəlb olunması. Prezident fərmanı vətəndaş və iqtisadiyyat üçün ümid yaratmışdı. Kağız üzərində ideal görünən bu islahat icra mərhələsində ciddi problemlərlə üz-üzə qalıb. Son aylarda xüsusilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində formalaşan mənzərə fərmanın ruhu ilə tam ziddiyyət təşkil edir. Proses adətən eyni ssenari üzrə başlayır, vətəndaş müraciət edir, iş nömrəsi verilir, icraçı təyin olunur. Bundan sonra isə mexanizm sanki dayanır. İcraçı ilə əlaqə yaratmaq mümkün olmur, telefon zənglərinə cavab verilmir, nə şifahi, nə də yazılı izahat təqdim edilir. Vətəndaş aylarla gözləməyə məhkum edilir və hüquqi qeyri-müəyyənlik içində qalır. Bu artıq texniki nasazlıq və ya fərdi səhlənkarlıq deyil. Bu, açıq şəkildə idarəetmə böhranının əlamətidir. Dövlət məmurunun funksiyası vətəndaşı qapı-qapı gəzdirmək yox, prezident fərmanının icrasını təmin etməkdir. Özünü “əlçatmaz” göstərən, vətəndaşla ünsiyyətdən yayınan məmur modeli hüquqi dövlətdə qəbuledilməzdir və faktiki olaraq vətəndaş hüquqlarının pozulması deməkdir. Məsələnin konkret nümunəsi də var. Prezident fərmanının icrası ilə bağlı №015920 saylı iş artıq 2 aydan çoxdur ki, faktiki olaraq hərəkətsiz vəziyyətdədir. İcraçılarla əlaqə qurmaq mümkün deyil.
Qurum tərəfindən obyektlə bağlı iradlar irəli sürülür, lakin bu iradların nədən ibarət olduğu, necə aradan qaldırılacağı və hansı hüquqi əsaslara söykəndiyi barədə heç bir açıq kommunikasiya aparılmır. Nəticədə proses süni şəkildə uzadılır. Daha paradoksal məqam isə ondan ibarətdir ki, fərmanda açıq şəkildə 15 iş günü müddəti göstərildiyi halda, reallıqda bəzi istismara icazə sənədləri 6-8 ay gecikdirilir. Bu müddətdə sahibkar obyektini tam hüquqi əsaslarla istismar edə bilmir, maliyyə itkiləri ilə üzləşir və dövlətin elan etdiyi islahatlara olan inamını itirir. Problemin miqyası yalnız sıravi icraçılarla məhdudlaşmır. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun qəbuluna yazılmaq cəhdlərinin cavabsız qalması, qurumun rəsmi sosial media səhifələri üzərindən edilən müraciətlərin tam susqunluqla qarşılanması vətəndaşla dövlət arasında dialoqun faktiki olaraq kəsildiyini göstərir. Vətəndaşlar da sual edirlər ki, əgər müraciətlər cavabsız qalırsa, ictimaiyyətlə əlaqə anlayışı nəyə xidmət edir? Daha ciddi və düşündürücü məqam isə Komitə sədri Anar Quliyevə ünvanlanan rəsmi müraciətlərin araşdırılmadan, əvvəlki cavabların olduğu kimi “copy-paste” edilərək geri göndərilməsidir. Bu yanaşma dövlət idarəçiliyində məsuliyyət prinsipinin formal xarakter daşıdığını və vətəndaş müraciətlərinin sadəcə hesabat xatirinə cavablandırıldığını deməyə əsas verir.

Musavat.com-a müraciət edən vətəndaş Məhəmməd Məmmədov deyir ki, artıq məsələ məhkəmə müstəvisinə keçib. Bakı İnzibati Məhkəməsinin 24.11.2025-ci il tarixli qərarına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ona tabe qurumlara qarşı iş üzrə məhkəmə hazırlıq iclası 19 fevral 2026-cı il tarixinə təyin edilib:
“Prezident fərmanlarının məntiqi nəticəsi real icra və konkret nəticə olmalıdır. Fərman var, icra mexanizmi məmur laqeydliyi, süründürməçiliklə bloklanır. Bu artıq dövlət siyasətinə zərbədir. Dövlət büdcəsinə daxil ola biləcək milyonlarla manat vəsaitin gecikməsi, sahibkarın zərər görməsi və ən əsası vətəndaşın hüquqi çıxılmazlıqla üzləşməsi ortadadır”.
Musavat.com
OXŞAR XƏBƏRLƏR

Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55