Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb – Qalmaqal (VİDEO)

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb – Qalmaqal (VİDEO)

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb – Qalmaqal (VİDEO)
2025-12-31 , 06:59

Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb.

Yenilik.az xəbər verir ki, Valideynlərin “Unikal”a verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb:
“Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib.
Valideyn isə bundan xəbərsiz olub. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s”, – deyə əlavə edilib.
Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.