Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Xırdalan qəbiristanlığında sex açıblar - Ərazi baxımsız vəziyyətə salınıb - VİDEO

Xırdalan qəbiristanlığında sex açıblar - Ərazi baxımsız vəziyyətə salınıb - VİDEO

Xırdalan qəbiristanlığında sex açıblar - Ərazi baxımsız vəziyyətə salınıb - VİDEO
2026-01-05 , 17:16

Xırdalan qəbiristanlığının vəziyyəti vətəndaşların narazılığına səbəb olub.

Şikayətçinin sözlərinə görə, qəbiristanlığın ərazisi baxımsız və pis haldadır.
Məlumata görə, vətəndaşlar daşların, mismarların üzərindən keçərək hərəkət etmək məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı açıqlama verən şəxs qeyd edib ki, əlavə pul xərcləyərək oranın bir hissəsini müəyyən qədər təmir etdirib, lakin ümumi vəziyyətin yalnız çox kiçik bir hissəsi düzəldilib. Qəbiristanlıq əməkdaşları isə bildirirlər ki, sahə artıq sex ərazisidir və idarə olunması onlara aid deyil.
Vətəndaşlar yolun və ərazinin təmizlənməsi, qəbiristanlığın normal vəziyyətə gətirilməsi üçün tədbir görülməsini tələb edirlər./Milli.az/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.