Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Saatlıda örüş sahələri ZƏBT OLUNUB - ŞİKAYƏT

Saatlıda örüş sahələri ZƏBT OLUNUB - ŞİKAYƏT

Saatlıda örüş sahələri ZƏBT OLUNUB - ŞİKAYƏT
2026-02-16 , 13:24

Saatlı rayonunun Azadkənd kəndində örüş sahələrinin zəbt olunduğu iddia edilir.

Ajans.az-ın qaynar xəttinə Azadkənd kənd sakini Qurbanov Sərxan Savadxan oğlu tərəfindən müraciət daxil olub.
Müraciətdə bildirilir ki, Saatlı rayonunda kəndə məxsus örüş sahələri kənd bələdiyyəsi tərəfindən qeyri-qanuni şəkildə zəbt edilib.
 İddiaya görə, Saatlı rayon Azakənd bələdiyyəsi Fuad Rəhmanov tərəfindən həmin ərazilərdə əkin-biçin işləri aparılıb və ferma tikilib. Sakinlər torpaq sahəsinin şəxsi maraqlara xidmət etdiyini bildirirlər.
Qeyd olunur ki, məsələ ilə bağlı məhkəməyə və digər aidiyyəti qurumlara müraciət edilib. Məhkəmə tərəfindən qətnamə qəbul olunsa da, sənədin icra edilmədiyi iddia olunur.
Şikayətçilər həmçinin bildirirlər ki, Ədliyyə Nazirliyinin Saatlı rayonu üzrə icra və probasiya bölməsinin əməkdaşı Araz Hüseynov tərəfindən prosesin uzadıldığı, onlardan əkini götürmək üçün 6 ay müddət istənildiyi, lakin buna baxmayaraq icra prosesinin yenə də gecikdirildiyi vurğulanır.
Sakinlərin sözlərinə görə, kənd əhalisinin əsas gəlir mənbəyi heyvandarlıqdır və örüş sahələri onların yeganə dolanışıq vasitəsidir.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.