Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıtda sakinlər toyuq fermasından yayılan qoxudan şikayətçidir – müəssisə rəhbəri iddialara cavab verdi - VİDEO

Sumqayıtda sakinlər toyuq fermasından yayılan qoxudan şikayətçidir – müəssisə rəhbəri iddialara cavab verdi - VİDEO

Sumqayıtda sakinlər toyuq fermasından yayılan qoxudan şikayətçidir – müəssisə rəhbəri iddialara cavab verdi - VİDEO
2026-03-03 , 18:09

Sumqayıt şəhəri, Çerkasi küçəsi, 76-cı məhəllədə yaşayan sakinlər yaxınlıqda fəaliyyət göstərən toyuq fermasından yayılan kəskin qoxunun gündəlik həyatlarına ciddi təsir etdiyini bildirirlər.

Sumqayit.tv xəbər verir ki, sakinlər məsələ ilə bağlı Baku TV-yə müraciət edərək ərazidə yaranmış vəziyyətdən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, fermadan yayılan üfunət qoxusu xüsusilə isti havalarda daha dözülməz olur və ətrafda normal yaşamağa imkan vermir.
Sakinlərdən biri problemi belə təsvir edib:
“Çox böyük sexdir, həddindən artıq pis qoxu gəlir. Elə bilirsən hansısa murdar olmuş heyvan yandırılır”.
Şikayətlərin “Murad Aqro” müəssisəsinin fəaliyyəti ilə bağlı olduğu qeyd edilir. Sakinlər bildirirlər ki, qoxu səbəbindən evlərin pəncərələrini açmaq belə mümkün olmur.
Məsələ ilə bağlı açıqlama verən müəssisənin rəhbəri Maqsud Əlizadə isə iddialara fərqli münasibət bildirib. Onun sözlərinə görə, müəssisə sənaye zonasında yerləşir və ətraf ərazilərdə sonradan fərdi yaşayış evləri tikilib:
“Bizim müəssisə sənaye zonasında yerləşir. Ətrafda olanlar isə fərdi yaşayış evləridir. Həmin evlərin əksəriyyətinin sənədləri yoxdur, yəni bir qismi qanunsuz tikilidir. Bu səbəbdən mən onların tələbi ilə müəssisəni ‘nə vaxtsa bağla, nə vaxtsa aç’ prinsipi ilə idarə edə bilmərəm”.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.