Yenilik.Az
www.Yenilik.Az » Təhsil » “Dövlət xaricdə təhsilimə 130 min dollar xərcləyib” - Nazir

“Dövlət xaricdə təhsilimə 130 min dollar xərcləyib” - Nazir

“Dövlət xaricdə təhsilimə 130 min dollar xərcləyib” - Nazir
2023-11-01 , 16:50

"Ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışırlar. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir. Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir".

Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, ölkəmizdə təhsil almaq istəyənlərin sayı ən az 3 dəfə artıb: "1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır, ən azından tələbənin bəzi bacarıqları formalaşır. Xaricdə təhsil üçün bir vətəndaşımıza bəzən 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu. Bu, olmasaydı, mən xaricdə təhsil ala bilməzdim. Mövcud resursları düzgün və optimal paylamalıyıq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.