Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Abşeron-Xızı Regional Təhsil İdarəsi 4-cü siniflərində monitorinq təşkil edib

Abşeron-Xızı Regional Təhsil İdarəsi 4-cü siniflərində monitorinq təşkil edib

Abşeron-Xızı Regional Təhsil İdarəsi 4-cü siniflərində monitorinq təşkil edib
2024-01-13 , 17:40

Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunub. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə monitorinqdə ümumilikdə 13 425 şagird iştirak edib. Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.








Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.