Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Fənn müsabiqələrinin və məntiq olimpiadalarının qalibləri mükafatlandırılıb

Fənn müsabiqələrinin və məntiq olimpiadalarının qalibləri mükafatlandırılıb

Fənn müsabiqələrinin və məntiq olimpiadalarının qalibləri mükafatlandırılıb
2023-12-30 , 03:09

Abşeron-Xızı Regional Təhsil İdarəsi fənn müsabiqələrinin və məntiq olimpiadalarının qaliblərini mükafatlandırıb

Denaz.Tv xəbər verir ki, mükafatlandırma mərasimində Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil strukturlarının rəhbərləri, müsabiqə və olimpiadada yer tutan şagirdlər və onların müəllim və valideynləri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin şagirdlərinin fənn müsabiqələrində və məntiq olimpiadalarında qalib gəlməsini ölkə rəhbərinin təhsilə göstərdiyi xüsusi diqqət və qayğının təzahürü kimi xarakterizə edib. Eyni zamanda bu uğurlarda şagirdlərə dərs deyən, onlara təhsil verən müəllimlərin əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Daha sonra fənn müsabiqələrində və məntiq olimpiadalarında qalib gələn, müvafiq yerləri tutan şagirdlərin mükafatlandırma mərasimi baş tutub. Qaliblərə medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki,  Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri üzrə Lütfi Zadə adına məntiq olimpiadasında 1 nəfər 1-ci yerə, 2 şagird 2-ci yerə, 4 nəfər isə 3-cü yerə layiq görülüb. Respublika fənn müsabiqələri üzrə isə 14 nəfər 3-cü yeri, 6 nəfər 2-ci yeri, 4 şagird isə 1-ci yeri qazanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.