Kamran Əsədovdan DİM sədrinə SƏRT CAVAB — “Əgər DİM narahatdırsa...”
“Məleykə Abbaszadənin son açıqlamaları — xüsusilə sosial şəbəkələrdə fikir bildirən ekspertləri “qeyri-ciddi” hesab etməsi, onların qəbul ballarını sual altına alması, dövlət qulluqçusunun etik davranış kodeksinə uyğun olmayan və təəssüf doğuran nümunədir. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, dövlət qulluqçusu “etik davranış normalarına riayət etməli, vətəndaşlarla ünsiyyətdə obyektiv və hörmətli olmalıdır”. Bəs bir vətəndaşın fikrini bildirməsi, imtahanların keyfiyyətsizliyinə, apellyasiya problemlərinə və sistematik səhvlərə diqqət çəkməsi bu meyarlara qarşı çıxmaqdırmı?”
Bunu Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təhsil ekspertləri barədə səsləndirdiyi sərt fikirlərindən danışan Kamran Əsədov qeyd edib ki, DİM istənilən vətəndaş üçün şəffaf və məsuliyyətli xidmət göstərməlidir:
Əgər bir şagird 150 balla qəbul olunursa, bu onun günahı deyil, müsabiqə şərtlərinin və plan yerlərinin sistem tərəfindən müəyyən olunmasının nəticəsidir. Məhz bu səbəbdən belə vətəndaşların — təhsil alanların, müəllimlərin, valideynlərin öz fikrini bildirməsi, sistemdəki boşluqlara işarə etməsi nə etik pozuntu, nə də hörmətsizlikdir. Əksinə, bu, vətəndaş cəmiyyətinin sağlam inkişaf əlamətidir.
Əgər DİM öz fəaliyyətini ədalətli və şəffaf sayırsa, onda ictimai rəy və tənqidlərə açıq olmalıdır. Mərkəzin 2025-ci ildə 2000-dən çox imtahan nəticəsinin yanlış yoxlanıldığını etiraf etməsi, apellyasiya prosesində şikayətçinin dinlənilməməsi, cavab hüququnun faktiki olaraq məhdudlaşdırılması, sistemdə struktur problemlərin olduğuna işarədir. Bunu təkcə texniki problem kimi təqdim etmək məsuliyyətdən yayınmaqdır. Bu səhvlər konkret şagirdin psixoloji durumuna, gələcəyinə, təhsil perspektivlərinə birbaşa zərbə vurur”.
"Kamran Əsədov bildirib ki, təhsil ekspertlərini qəbul ballarına görə təhqir etmək, onların fikirlərini lağ obyektinə çevirmək nə akademik, nə də hüquqi baxımdan əsaslandırıla bilər:
“Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaş fikir, söz və ifadə azadlığına malikdir. İctimai müzakirələrdə iştirak edən şəxsləri “ekspert deyilsiniz” deyə susdurmaq cəhdləri demokratiyaya, ifadə azadlığına və vətəndaş iştirakına ziddir. Əgər fikir yalnız Harvard məqaləsi ilə deyil, sadə "facebook" paylaşımı ilə də səsləndirilirsə, bu da həmin şəxsin konstitusion hüququdur.
Məleykə xanımın fikirləri “ekspert adını kim verir?” sualına gətirib çıxarır. Dövlətin təyin etdiyi və ya hər hansı qurumun qeydiyyata aldığı şəxs olmaqla ekspertlik qazanılmır. Ekspertlik təcrübə, tədqiqat, mövqeyə təsir, məlumatlılıq və ictimai etimadla qazanılır. Əgər bir şəxs həm müəllim kimi imtahan sistemini yaşamış, həm magistr, həm də doktorantura pilləsində DİM-in imtahanlarından keçmiş, elmi məqalələri, beynəlxalq çıxışları ilə cəmiyyətə təsir göstərirsə, bu şəxsi “ekspert deyil” adlandırmaq, sadəcə, şəxsi eqonun və tənqidə qarşı dözümsüzlüyün göstəricisidir.
Əgər Dövlət İmtahan Mərkəzi ictimai müzakirələrdən narahatdırsa, bu narahatlıq institutlaşmış şəffaflıq mexanizmləri ilə həll olunmalıdır. İllik hesabatlar, ictimai dinləmələr, apelyasiya qərarlarının əsaslandırılması, sual bazalarının açıq nümayişi kimi vasitələrlə etimad bərpa oluna bilər. Əks halda, tənqidçiləri “danışma, sən kimsən?” ritorikası ilə susdurmaq cəhdi yalnız etimadı daha da sarsıdacaq”.
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55