Misir Mərdanovdan nazirə çağırış – “Uşaqları “şikəst” edirsiniz…”
“Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz”.
Eks-nazir ardınca bildirib: “Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz… Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ”bunker müəllimləri” var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var”.
M.Mərdanov qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: “İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər”.
Kamran Əsədov: Sosial platformalarda sərgilənən məzmunun təsiri ilə, uşaqlar arasında zorakılıq, şiddət və mənfi davranış modelləri normal hala gələ bilər.
Təhsil eksperti Kamran Əsədov isə “Bakı-Xəbər”ə deyib ki, M.Mərdanovun imtahan suallarının məzmunu və strukturuna yönəltdiyi tənqidlər Azərbaycan təhsilində qiymətləndirmə sistemi ilə real tədris prosesi arasında uzun illərdir mövcud olan uyğunsuzluğun açıq şəkildə səsləndirilməsidir: “Təəssüf ki, bu uyğunsuzluq sistematik problem xarakteri daşıyır və təkcə indiki dövrə yox, elə məhz Mərdanovun nazir olduğu illərə qədər uzanır. Onun qeyd etdiyi ”bunker müəllimləri”, yəni şagirdlərə məktəb tədrisindən kənar və yalnız xüsusi yanaşmalarla izah olunan suallar öyrədən şəxslər, əslində qiymətləndirmənin məktəbdən tamamilə ayrıldığı mühitin məhsuludur”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Mən Misir müəllimin mətbuatda verdiyi açıqlamaları ilə tanışam. Baxmayaraq ki, zamanında onun fəaliyyəti ilə razı olmamışam. Amma qəbul və buraxılış imtahanları ilə bağlı fikirlərinə hörmətlə yanaşıram, burada həqiqət payı var. Doğrudan da, biz qəbul imtahanlarını bu qədər çətin etməməliyik. Universitetlərə qəbul bu dərəcədə çətin olmamalıdır. Misir müəllim qeyd edir, bu gün savadlı gənclərimizin bir çoxu xarici universitetləri seçməyə üstünlük verir. Bunun əsas səbəblərindən biri də məhz yerli universitetlərə qəbulun çox çətin olmasıdır. Mən də razıyam ki, bizim bir çox istedadlı gənclərimiz SAT kimi beynəlxalq imtahanlardan uğurla keçərək xarici universitetlərə qəbul alırlar. Bu reallıq bizə göstərir ki, mövcud qəbul sistemi üzərində ciddi düşünmək və müvafiq islahatlar aparmaq zəruridir. Bizim DİM-in imtahanları ilə uğur qazanaraq xarici universitetlərə düşmək olmur. Xarici universitetlərə qəbul prosedurları yerli qəbul sistemindən xeyli fərqlənir. Misir müəllimin də qeyd etdiyi kimi, beynəlxalq ali məktəblərə qəbul olmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da fəaliyyət göstərən universitetlərə qəbul üçün əsasən iki əsas test – SAT riyaziyyat və SAT xarici dil (adətən ingilis dili) üzrə imtahanlar tələb olunur. Bu imtahanlar bizim qəbul testlərindən fərqli olaraq daha çox məntiqi düşüncəyə, analiz qabiliyyətinə əsaslanır”.
İlqar Orucov qeyd edib ki, məsələ təkcə bu testlərlə məhdudlaşmır: “Xarici universitetlər yalnız imtahan nəticələrinə deyil, eyni zamanda abituriyentin şəxsi keyfiyyətlərinə, əvvəlki uğurlarına, akademik nailiyyətlərinə, sosial və idman fəaliyyətlərinə, ictimai fəallığına da ciddi diqqət yetirirlər. Yəni, qəbul prosesi daha kompleks və çoxşaxəlidir. Bu isə o deməkdir ki, abituriyentin ümumi potensialı qiymətləndirilir, təkcə test nəticəsi ilə məhdudlaşmır. Əlbəttə, söhbət nüfuzlu və ciddi akademik nüfuza malik olan universitetlərdən gedir. Bizim ölkədə universitetlərə qəbul olmaq üçün abituriyentlərə çox əziyyət veririk. Şagirdlərimiz bir neçə fəndən əlavə hazırlığa getməyə məcbur olurlar. Bu da repetitorluq fəaliyyətinin geniş yayılmasına gətirib çıxarır.
Özüm də zamanında repetitor kimi fəaliyyət göstərmiş biri kimi valideynlərlə, müəllimlərlə çox söhbətlər aparmışam. İmtahana düşən sualların mahiyyətindən xəbərim var. Suallar indi tərtib olunmur ki, əvvəllər də belə idi. Suallar kifayət qədər çətindir. Təəssüf ki, bu gün valideynlər məktəbə yox, repetitor müəllimin verdiyi dərslərə ümid bəsləyir. Məktəb isə bir kənarda qalır. Hətta bəzi müəllimlər də məktəbdə tədrisə deyil, test imtahanlarında düşə biləcək suallara fokuslanır. Nəticədə məktəb sadəcə formallığa çevrilir, təhsil isə öz mahiyyətini itirir. Uşaqlar isə qalıb yollarda, repetitorların qapısında…
Bu ciddi paradoks və uyğunsuzluqdur. Təəssüf ki, bu vəziyyət həm gənclərin təhsilini, həm də cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Biz təhsili daha humanist, ədalətli və şagirdin inkişafını nəzərə alan istiqamətə yönəltməliyik. Dövlət İmtahan Mərkəzinə və Məleykə xanımın fəaliyyətinə hər zaman hörmətlə yanaşmışam. Amma reallıq budur, mütləq dəyişiklik edilməlidir”.
Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına etiraz edib. M. Abbaszadə bu fikirləri DİM-in bugünkü (23 may – red.) brifinqində səsləndirib: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”
DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə – xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub. Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs – həm abituriyent, həm də valideyn özü baxa bilir:”O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib – o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır”.
OXŞAR XƏBƏRLƏR

Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55