Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Nazir kimya müəllimlərinin narazılığına münasibət BİLDİRİB

Nazir kimya müəllimlərinin narazılığına münasibət BİLDİRİB

Nazir kimya müəllimlərinin narazılığına münasibət BİLDİRİB
2025-07-10 , 22:05

“Biz hər imtahandan sonra test tapşırıqlarını təhlil edirik. Amma bu o demək deyil ki, kimsə səs-küy saldı deyə, biz mövqeyimizi dəyişəcəyik”.

Tribunainfo.az -ın məlumatına görə, nazir bu fikirləri “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə səsləndirib.
“Biz hər imtahandan sonra test tapşırıqlarını təhlil edirik. Amma bu o demək deyil ki, kimsə səs-küy saldı deyə, biz mövqeyimizi dəyişəcəyik. Sertifikasiyaya heç bir aidiyyəti olmayan şəxslərin birdən-birə fəallaşmasını və prosesə qarşı çıxmasını başa düşmürəm.
Ümumilikdə 20 min müəllim sertifikasiyadan keçib. Onlardan cəmi 5 nəfər imtahana mobil telefon keçirməyə cəhd edib. Biz həmin şəxsləri qaydalara uyğun olaraq imtahandan kənarlaşdırmışıq. Bu, prosesin qeyri-qanuni olması anlamına gəlmir.
Kimya fənninə gəldikdə isə, 350 müəllim yüksək nəticə göstərib. Artıq yavaş-yavaş T-test şkalasına keçirik və inanıram ki, bu yanaşma zamanla hər kəs üçün aydın olacaq”, – deyə nazir vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.