Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Emin Əmrullayev: "Azərbaycanda təhsil sistemi qeyri-kafidən kafiyə doğru irəliləyib"

Emin Əmrullayev: "Azərbaycanda təhsil sistemi qeyri-kafidən kafiyə doğru irəliləyib"

Emin Əmrullayev:
2025-09-12 , 13:10

"Azərbaycanda təhsil sisteminin səviyyəsi qeyri-kafidən kafiyə doğru irəliləyib".

Oxu.Az xəbər verir ki, bunu sentyabrın 12-si "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, qarşıdakı illərdə isə prioritet məsələ kafidən yaxşıya doğru inkişaf etməkdir:
"Mümkün deyil ki, biz yaxşıdan sonrakı mərhələdə tətbiq olunan alətləri bu günün təhsil sisteminə tətbiq edək. Çünki sistemin özü o mərhələdə deyil. Bizi qarşıda uzun və çətin yol gözləyir. Çalışmalıyıq ki, həm təhsil sistemini, həm də təhsilin keyfiyyətini qaldıraq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.