Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Sumqayıt məktəbliləri qalib olublar

Sumqayıt məktəbliləri qalib olublar

Sumqayıt məktəbliləri qalib olublar
2025-10-21 , 01:27

Abşeron-Xıız Regional Təhsil İdarəsinin  tabeliyində olan Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbin 7c  sinif şagirdi Əliyev Davud "18 oktyabr Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş cüdo üzrə yarışda 2012-2013-cü il təvəllüdlü oğlanlar arasında 55 kq çəki dərəcəsində qalib olduğuna görə 2 nömrəl Uşaq-Gənclər İdman-Şahmat  Məktəbinin rəhbərliyi tərəfindən I (birinci) Yer Diplomuna layiq görülüb. 

Məktəbin 4b sinif şagirdi Kamilə Ağayeva isə Bakı şəhərində keçirilən ”Payız möcüzələri” rəqs yarışmasında  I Yer tutduğuna görə təltif edilib. Sumqayıt şəhər 38 nömrəli məktəbin direktoru vəzifəsini icra edən Gülbahar Haqverdiyeva hər iki şagirdlə görüşüb və kollektiv adından təbrik edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.