Məktəblilərin çanta yükü: Nazirin maraqlı mövqeyi və nəzarətsizlik problemi (ARAŞDIRMA)
Əlavə dərs vəsaitləri: Təhsil sistemində qazanc, yük, yoxsa yardım?
Elm və təhsil naziri Emin Əmrullayevin məktəbli çantalarının ağırlığı ilə bağlı son açıqlamaları cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, çantaların ağırlığı yalnız Nazirliyin məsuliyyəti deyil və burada valideynlər, müəllimlər də məsuliyyət daşıyır. O, həmçinin qeyd edib ki, çantalardakı bəzi dərs vəsaitləri Nazirliyin tövsiyə etmədiyi kitablardır və buna görə məsuliyyət Nazirliyin üzərində deyil. Hətta vurğulayıb ki, onun birinci sinif kitabları indiki dərsliklərdən daha ağır idi...
Lakin məsələ düşündüyümüz qədər sadə deyil. Araşdırmalarımıza görə hazırda şagird özü ilə hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bu gün məktəblərdə Qorxmaz Əsgərov, Mübariz Namazov, Şəhla Vəliyeva, Şahmar Qurbanov, Rəhman Məmmədli, Məleykə Əsgərova kimi müəlliflərin yazdığı əlavə dərs vəsaitlərin bir çox hallarda müəllimlər tərəfindən məcburi istifadəsi tələb olunur. Valideynlər bu kitabları almağa, şagirdlər isə çantalarında daşımağa məcbur edilirlər. Halbuki bu vəsaitlərin bəziləri nə rəsmi dərs proqramına uyğundur, nə də dövlət tərəfindən təsdiqlənib. Bir tərəfdən kitabların "maliyyə yükü" valideynləri "incidir", digər tərəfdən isə fiziki ağırlığı şagirdlərin onurğa sütununu əyir.
Sual yaranır. Əgər bu kitablar proqramdan kənardırsa və istifadəsi tövsiyə olunmursa, bəs niyə nəzarət edilmir?
Burada məsuliyyətin böyük bir hissəsi regional təhsil idarələrinin üzərinə düşür. Çünki məktəblərdə gündəlik dərs prosesi, müəllim nəzarəti, proqram uyğunluğu və əlavə vəsaitlərə nəzarət birbaşa onların funksiyasıdır. Təəssüf ki, bir çox bölgələrdə bu idarələr sadəcə formallıq üçün fəaliyyət göstərir, sistemli monitorinq aparılmır, müəllimlərin əlavə vəsait tələblərinə göz yumulur.
Beləliklə, Elm və Təhsil Nazirliyi bu məsuliyyəti təkcə valideyn və müəllimlərə ötürməkdənsə, aşağıdakı tədbirləri sistemli şəkildə həyata keçirməlidir:
1. Regional idarələrin monitorinq gücü artırılmalı, məktəblərdə əlavə vəsaitlərin istifadəsi ciddi nəzarətdə saxlanmalıdır.
2. Rəsmi dərs proqramına daxil olmayan dərs vəsaitlərinin məcburi istifadəsinə görə məsuliyyət daşıyan müəllimlərə inzibati xəbərdarlıqlar tətbiq edilməlidir.
3. Tədris proqramına uyğun, yığcam və keyfiyyətli rəsmi dərsliklər hazırlanmalı, əlavə vəsaitə ehtiyacı aradan qaldıran tədris metodikası qurulmalıdır.
Əks halda, çanta yükləri yüngülləşməyəcək, məsuliyyət isə havada qalacaq.
Azərbaycanda məktəblilər arasında rəsmi dərsliklə yanaşı, geniş şəkildə istifadə olunan əlavə dərs vəsaitləri artıq təhsil sisteminin "ayrılmaz hissəsi"nə çevrilib. Bu vəsaitlər əsasən müəllimlərin, hətta repititorların da tövsiyəsi ilə əldə olunur və şagirdlərdən onların istifadəsi təkcə istək yox, bir növ öhdəlik kimi tələb olunur. Nəticədə şagirdlərin çantalarının çəkisi artır, valideynlər üçün isə əlavə maliyyə yükü yaranır.
Riyaziyyat fənni üzrə Mübariz Namazov, Qorxmaz Əsgərov, Şahmar Qurbanov və Səbuhi Hüseynov kimi müəlliflərin test bankları və dərs izahları abituriyent hazırlığında aparıcı yer tutur. Azərbaycan dili və ədəbiyyat sahəsində Şəhla Vəliyeva, Təranə Qasımova və Arzu Məmmədovanın kitabları ən çox tələb olunan vəsaitlərdəndir.
Nazirlik rəsmiləri çantanın içinə dərs ləvazimatlardan əlavə, qidaların qoyulduğunu da deyir. Əksər valideynlər isə haqlı olaraq məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək çantalara qida və su qoymaqda israrlıdırlar.
Ekspertlər qeyd edib ki, uşaqların çantalarının ağırlığı bədən çəkisinin 15 faizini keçməməlidir. Bir çox rəylərə əsasən, ibtidai siniflərdə isə şagirdin çəkisinin 10 faizindən aşağı olması tövsiyə olunur. Bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməməlidir.
Pediatr Vaqif Qarayevin sözlərinə görə, son zamanlar uşaqların onurğa sütununda deformasiyalar artıb: "Bunun əsas səbəblərindən biri ağır çantalardır. Çanta seçimində valideynlər diqqətli olmalıdırlar. Vizual görünüş üçün ağır çantalar almaq mənasızdır. Çanta yüngül, praktik olmalıdır. Hər iki kürəyi eyni qaydada tutmalıdır. Uzunluğu kəmərə kimi gəlməlidir ki, çanta onurğa sütununu bütövlüklə tutsun. Fikrimcə, dərs yükünün azaldılması çanta ağırlığını da azaldar".
Beləliklə, Elm və Təhsil Nazirliyi bu məsələyə nəzarətin valideyn və müəllimlərlə birlikdə aparılmalı olduğunu bildirsə də, mövcud reallıqda əlavə dərs vəsaitlərindən istifadə nəzarətdən kənar, bəzən də rəsmi dərsliklərdən üstün tutulur. Bu vəziyyət, həmçinin dərs yükünün balanssızlığına və uşaqların fiziki yorğunluğuna da səbəb olur. Hətta bəzi iddialara inansaq, təhsildə məsul şəxslər, məktəb direktorları və müəllimlər bu kitabların satışında "maraqlı tərəf"dirlər.
Əlqərəz, şübhəsizdir ki, bu məsələ yalnız fərdi seçim yox, sistemli nəzarət və yanaşma tələb edən ciddi təhsil çağırışıdır. Çünki dövlətimizin gələcəyi mənəvi və fiziki sağlam yetişdirəcəyimiz uşaqlarımızdır.
Elnur Sərxanoğlu
Xeberle.com
OXŞAR XƏBƏRLƏR

Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Forma dəyişir, mahiyyət yox: Təhsil niyə vizuallıqla islahat aparır? — Kamran Əsədov
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Toylara getsəydim, evimin divarları qızıldan idi” - Mübariz Tağıyev
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55