Yenilik.Az
www.Yenilik.Az » Təhsil » QKU tələbələri Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə səfər ediblər

QKU tələbələri Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə səfər ediblər

QKU tələbələri Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə səfər ediblər
2026-01-06 , 14:51

Qərbi Kaspi Universitetinin tələbələri sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi Uşaq Sığınacağı və Reinteqrasiya Mərkəzinə səfər ediblər.

Məqsəd uşaqlarla vaxt keçirmək və sosial inteqrasiyasına dəstək olmaq, eləcə də onların inkişaf ehtiyacları ilə yaxından tanış olmaqdır.
Bu kimi fəaliyyətlər gənclərdə empatiya və sosial həssaslığı artırmaqla yanaşı, cəmiyyətə xidmət hissini gücləndirməyə yardım edir. Qərbi Kaspi Universiteti sosial məsuliyyətə böyük önəm verir və bu istiqamətdə müxtəlif layihələrdə fəal iştirakını davam etdirir.
Səfər Psixologiya və sosial iş kafedrasının təşəbbüsü ilə baş tutub.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.