Yenilik.Az
www.Yenilik.Az » Təhsil » QKU tələbələri Şirvanşahlar Sarayı Kompleksinə səfər ediblər

QKU tələbələri Şirvanşahlar Sarayı Kompleksinə səfər ediblər

QKU tələbələri Şirvanşahlar Sarayı Kompleksinə səfər ediblər
2026-01-08 , 16:07

Qərbi Kaspi Universitetinin tələbələri Şirvanşahlar Sarayı Kompleksinə səfər ediblər.

Ekskursiya zamanı tələbələr abidəni yaxından müşahidə edib, kompleksin memarlıq xüsusiyyətləri və tarixi mərhələləri barədə ətraflı məlumatlanıblar.
Sonda tələbələr tərəfindən hazırlanmış videoçarxda kompleksin ayrı-ayrı məkanları ardıcıllıqla nümayiş etdirilib, hər bir hissə tarixi konteksti, dövrün siyasi və mədəni həyatındakı rolu əsasında şərh olunub və abidənin Azərbaycan tarixindəki mühüm yeri vurğulanıb.
Tarixi abidələrimizi daha yaxından tanımaq və milli irsimizi qorumaq üçün bu cür maarifləndirici səfərlər mütəmadi təşkil olunur.
Səfər Siyasi və İctimai Elmlər Məktəbinin Tarix kafedrasının təşəbbüsü ilə baş tutub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.