Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək

Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək

Rektor: 25 tələbə Polşada mübadilə proqramlarında iştirak edəcək
2026-03-08 , 19:04

“Polyak dili proqramlarında təhsil alan 25 nəfər (bu ixtisaslarda təhsil alan ümumi tələbə sayının 25%-ə yaxını) bu ay Polşanın müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edəcək”.


“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev  rəhbərlik etdiyi ali təhsil müəssisəsində polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunan "Dil-dialoq məkanı kimi: Azərbaycan-Polşa münasibətləri" mövzusunda “dəyirmi masa”da söyləyib.

Anar Nağıyev hədəflərə də toxunub: “Qarşıya qoyulan əsas hədəflərdən biri 30 illik inkişaf mərhələsi çərçivəsində universitetin regionda  polyak dili üzrə ilk sertifikasiya mərkəzi kimi fəaliyyət göstərməsinə nail olmaqdır”. 

Rektor onu da qeyd edib ki, Bakı Slavyan Universiteti Poznan, Lödz, Varşava, Silezya, Krakov, Qdansk və Polşanın digər universitetləri ilə polyakşünaslıq, turkologiya, inklüziv təhsil kimi sahələrdə yaxından əməkdaşlıq edir. Onun sözlərinə görə, 30 il əvvəl əsası qoyulan polonistika ənənəsi bu gün artıq möhkəm akademik əməkdaşlığa çevrilib və bu uğurlar həmkarların uzunmüddətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.