Yenilik.Az
www.Yenilik.Az » Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında DƏHŞƏT

Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında DƏHŞƏT

Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında DƏHŞƏT
2023-06-10 , 14:27

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 
Yenilik.az xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.
 
Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.
 
M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.
 
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.