Yenilik.Az
www.Yenilik.Az » “Keçmiş ərim bıçaqla məni vurmaq istəyirdi, dostuma dəydi”- Aysel Şükürova

“Keçmiş ərim bıçaqla məni vurmaq istəyirdi, dostuma dəydi”- Aysel Şükürova

“Keçmiş ərim bıçaqla məni vurmaq istəyirdi, dostuma dəydi”- Aysel Şükürova
2023-08-05 , 15:51

Bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Elşən Əsgərlinin onu bıçaqlamaq istədiyini deyib.

Bu barədə bloger özü məlumat yayıb.
Aysel bildirib ki, dostlarından biri araya girməsəydi, hazırda həyatda olmayacaqdı:

"Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Elşən Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi. Bıçaq dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim. Heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında ağzına gələni danışdı. Daha sonra məni sakit danışmaq adı ilə görüşə çağırdı, getdim. Elə danışan yerdə mənə bıçaq çəkdi. Bunların hamısını videoya çəkmişəm. Məni bıçaqlamaq istəyəndə bıçaq dostumun əlinə, ayağına girdi. Sonra polislər gəldi. Polislərimizə təşəkkür edirəm".

Keçmiş cütlük aliment səbəbindən problem yaşayıb. Bloger hadisə zamanı ağır travma aldığı üçün hazırda xəstəxanaya yerləşdirildiyini deyib.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, paylaşımdan məlumatlıdırlar. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.
Qeyd edək ki, Elşən Əsgərli Aysel Şükürovanın ilk əri olub.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.