28 oktyabr 2023-cü il tarixində Mediator Klubunun sayca 7-ci olan ənənəvi görüşü keçirilib. Bu dəfəki görüş Bakı 2 saylı mediasiya təşkilatının ev sahibliyi ilə həyata keçirilib.
Mediasiya Şurasının başladığı ənənənin davamı olaraq Bakı 2 saylı mediasiya təşkilatının rəhbəri İlhamə Həsənovanın təşəbbüsü ilə təşkil olunan görüş təşkilata üzv olan mediatorları bir araya gətirib. Sayca 7-ci mediator klubunun bu dəfəki fəxri qonaqları hüquq müdafiəçiləri Novella Cəfərova, Səadət Bənənyarlı və Səidə Qocamanlı olmuşdur. Korporativ işgüzar münasibətlər çərçivəsində təşkil edilən görüşdə mediasiyada effektiv təmsilçilik, işlərin barışıq sazişi ilə yekunlaşdırılması üçün mövcud maneələr və bu maneələrin həlli istiqamətləri müzakirə olunub. Görüşdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edərək, mediatorları maraqlandıran sualları cavablandırıb və qarşıda duran hədəfləri müzakirə edib.
OXŞAR XƏBƏRLƏR