Yenilik.Az
www.Yenilik.Az » Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib
2024-04-15 , 09:45

Aprel ayının 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda ümumilikdə 27 müraciət əsasında (onlardan 15 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, 6 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 12 iş üzrə aşağıda göstərilən rəylər qəbul olunub: 

- 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması;

- 1 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması;

- 4 intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 7-si fiziki şəxslərdən, 4-ü məhkəmələrdən, 1-i isə hüquq mühafizə orqanlarından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 3-ü fiziki şəxslərin, 3-ü məhkəmələrin, 1-i hüquq mühafizə orqanlarının müraciətləri üzrə olub, məhkəmələrdən daxil olan 1 müraciət üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması qənaətinə gəlinib.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən:

- 1 intizam işində “vəkilin dövlət hesabına müdafiəçisi olduğu şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı öz peşə borcunu lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin öz sosial şəbəkə hesablarında canlı yayımla videoçəkiliş apararaq etdiyi müraciətində həqiqətəuyğun olmayan məlumatları yaymaqla, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan, hüquq mühafizə orqanlarının işgüzar nüfuzuna xələl gətirə bilən, vəkilliyin nüfuzunu aşağı sala biləcək və vəkil etikasına zidd hərəkətlərə və sözlərə yol verməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin tərtib etdiyi apellyasiya şikayətində işə baxan hakimin fəaliyyətini qiymətləndirməyə və onu işdə iştirak edən şəxslə qeyri-prosessual münasibətlərə girməkdə ittiham etməyə yönəlik qeyri-etik ifadələrin işlədilməsi və fikirlərin bildirilməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin müraciət edən şəxslə müvafiq müqavilə bağlamadan və vəkil orderi təqdim etmədən ona məhkəmədə mülki iş üzrə hüquqi yardım göstərməsi” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işində “vəkilin göstərdiyi hüquqi yardımla bağlı qeyri-prosessual münasibətlər zəminində müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması” (1 vəkillə bağlı 1 fakt);

- 1 intizam işi üzrə “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müqavilədə tapşırığın bir neçə ayrı-ayrı orqanlarda yerinə yetirilməsini göstərməsi və müqavilə ilə nəzərdə tutulan xidmət haqqını nağd qaydada əldə edib sonradan özü ödəməsi”;

- 1 intizam işi üzrə “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi” (1 vəkillə bağlı 1 fakt) halları intizam pozuntusu kimi qiymətləndirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.