Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sevda Ələkbərzadə : “Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”

Sevda Ələkbərzadə : “Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”

Sevda Ələkbərzadə : “Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”
2023-03-03 , 09:38

Əməkdar artist Sevda Ələkbərzadə vaxtsız vəfat edən sənət və ictimai xadimlərlə bağlı paylaşım edib.

Yenilik.az xəbər verir ki, o, ölümün ucuzlaşdığını, gündə bir vəfat xəbəri eşitdiyini bildirib:
“Mən balaca olanda arada ancaq yaşlı insanların rəhmətə getdiyini eşidərdim, cavanların ölümü çox nadir halda olurdu, onda da hamı şok olurdu. İndi nə oldu? Son illər? Uşaq, cavan... Bu bizim yaşam tərzimizdəndirmi? Ekologiyadandırmı? Qidamı? Stresli həyatmı? Nədir də? Xəstəliklərdən danışmıram hələ, bu, başqa bir mövzu. Nə bilim Vallah...”
Xatırladaq ki, bu il fevralın 28-də jurnalist, media üzrə mütəxəssis Ellada Mustafayeva 34 yaşında xərçəng xəstəliyindən, martın 2-də isə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli 48 yaşında ürəktutmadan vəfat edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.