Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir
2023-03-03 , 09:48

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.

Yenilik.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə məlumat verib.
Ned Prays bildirib ki, yeni baş məsləhətçisi Cənubi Qafqazın hər üç ölkəsinə müntəzəm səfərlər edəcək.
“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davam edən sadiqliyimizi dəstəkləmək məqsədi ilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, İrəvana və Tbilisiyə səfər edəcək”, - deyə Ned Prays bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.