Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO

Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO

Rəşad Dağlı məhkəməyə gətirildi - VİDEO
2023-03-04 , 11:42

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Dağlı) bu gün növbəti dəfə məhkəməyə gətirilib.
Yenilik.az xəbər verir ki, “Trend”-in məlumatına görə, bu gün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılacaq.
Xatırladaq ki, R.Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi 14 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qətli törədəndən sonra R.Dağlı könüllü olaraq polisə təslim olub və qətl hadisəsini törətdiyini etiraf edib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.