Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » DİN-dən ünvanlı sosial yardım almaq istəyənlərə ÇAĞIRIŞ

DİN-dən ünvanlı sosial yardım almaq istəyənlərə ÇAĞIRIŞ

DİN-dən ünvanlı sosial yardım almaq istəyənlərə ÇAĞIRIŞ
2023-03-06 , 14:28

“Ünvanlı dövlət sosial yardımının verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır”.
Yenilik.az xəbər verir ki, bunu BDYPİ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev öz “Facebook” hesabında qeyd edib. 
“Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar. Proses qısa vaxt ərzində növbəsiz həyata keçirilir”, - R.Tağıyev müraciətində bildirib

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.