Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » FHN-in Türkiyədəki mobil səhra hospitalında tibbi xidmət göstərilən şəxslərin sayı açıqlandı

FHN-in Türkiyədəki mobil səhra hospitalında tibbi xidmət göstərilən şəxslərin sayı açıqlandı

FHN-in Türkiyədəki mobil səhra hospitalında tibbi xidmət göstərilən şəxslərin sayı açıqlandı
2023-03-07 , 10:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.
Yenilik.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.