Fazil Mustafa: “Naxçıvandakı Ombudsman ləğv edilməlidir”

“Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir”.
"F.Mustafa bildirib ki, Konstitusiya ilə vətəndaş ölkə ərazisində sərbəst hərəkət etmək hüququna malikdir, amma vətəndaşın qeydiyyatı ləğv edilir və o, bu hüquqdan məhrum olur. Deputat vətəndaşın ölkədən sərbəst çıxış və giriş hüququna malik olduğu barədə hüququna toxunub. Ardınca da “hardan qayıtmaq azadlığı var? Sərhədi bağlamışıq. Tələbələr bilet pulu olmadığına görə ölkəyə qayıda bilmədilər və zəlzələdə dünyasını dəyişdilər”-deyib. Sonra isə aviabiletlərin yüksək qiymətindən bəhs edib: “Yaxşı, AZAL göydəndüşmə qurumdur, onun müəyyən etdiyi qiymətə təsir etmək mümkün deyil. Heç olmasa quru sərhədləri açaq, vətəndaş ölkəyə qayıda bilsin”.
OXŞAR XƏBƏRLƏR