Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Füzulidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Füzulidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu

Füzulidə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olundu
2023-03-08 , 10:11

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

Yenilik.az xəbər verir ki, Füzuli rayonunun 78 nəfər Vətən müharibəsi şəhidi ailəsindən 60 ailə rayon ərazisində, 18 ailə isə respublikanın müxtəlif şəhər və rayonlarında yaşayır.
Rayon İcra Hakimiyyətinin əməkdaşları Füzuli rayonundan olan bütün Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb, bayramlarını təbrik edib, onlara bayram sovqatları və hədiyyələr təqdim edib.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.