Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zaqatalada yol polisləri xanım sürücüləri və piyadaları təbrik ediblər

Zaqatalada yol polisləri xanım sürücüləri və piyadaları təbrik ediblər

Zaqatalada yol polisləri xanım sürücüləri və piyadaları təbrik ediblər
2023-03-08 , 14:45

Zaqatalada Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücü və piyadaları təbrik ediblər.
Yenilik.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin küçə və prospektlərində, xüsusilə mərkəzi yollarda sükan arxasında olan 30-a yaxın qadın sürücü saxlanılıb. Polis əməkdaşları həmin sürücüləri, eləcə də nəqliyyat vasitəsində olan xanımları, azyaşlıları təbrik edərək onlara gül və müxtəlif hədiyyələr veriblər.
Tədbir zamanı xanım piyadalar da diqqətdən kənarda qalmayıblar. Asayiş keşikçiləri onları da bayram münasibətilə çiçək və müxtəlif hədiyyələrlə təbrik ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.