Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda pensiya yaşına yenidən baxılacaq

Azərbaycanda pensiya yaşına yenidən baxılacaq

Azərbaycanda pensiya yaşına yenidən baxılacaq
2023-03-09 , 12:28

Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.
Yenilik.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov AzTV-yə açıqlamasında bildirib ki, pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil.
“Xanımların zərif cins olması nəzərə alınaraq pensiya yaşının 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq bizim xanımlarımız üçün əlavə çətinliklər yaradar”, - deyə deputat əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.