Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bəzi avtomobillərin sahibi heç vaxt gəlməyəcək...

Bəzi avtomobillərin sahibi heç vaxt gəlməyəcək...

Bəzi avtomobillərin sahibi heç vaxt gəlməyəcək...
2023-03-11 , 17:51

Ötən ay Türkiyədə baş verən zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən olan Adıyamanda dağılmış evlərin və iş yerlərinin altında qalan avtomobillər evakuatorlarla çıxarılır. Dağıntılar altında qalan yüzlərlə avtomobil avtodayanacağa yığılıb. 

Yenilik.az xəbər verir ki, demək olar, avtomobillərin hamısı yararsız vəziyyətdədir. 
Regional Trafik Müfəttişliyi Şöbəsinin qrupları İl Polis İdarəsi tərəfindən şəhərin üç hissəsində yerləşən avtoparklara gətirilən nəqliyyat vasitələrinin sahiblərinə verilməsi üçün çalışırlar. Dövlət nömrə nişanı müəyyən edilə bilməyən nəqliyyat vasitələri lisenziyalarına görə müəyyən edilərək hesabat müqabilində sahiblərinə verilir.
Dayanacaq səlahiyyətlisi Burak Akat dayanacaqlarda xüsusilə yanğın riskinə qarşı təhlükəsizlik tədbirləri gördüklərini deyib: “Zəlzələdən sağ çıxanlar maşınlarının vəziyyətini görüb kədərlənirlər. Bəziləri sığortalı olduğu üçün şanslıdır. Bəzilərinin sığortası yoxdur. Bəziləri gəlib şəxsi əşyalarını maşından götürür. Bəzi maşınlar xarab olur, bəziləri isə yararsız hala düşüb. Təmir oluna bilmir..."
 












Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.