Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İranda məktəblərdə kütləvi zəhərlənmə ilə bağlı 100-dən çox adam saxlanıldı

İranda məktəblərdə kütləvi zəhərlənmə ilə bağlı 100-dən çox adam saxlanıldı

İranda məktəblərdə kütləvi zəhərlənmə ilə bağlı 100-dən çox adam saxlanıldı
2023-03-12 , 09:31

İranda qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə halları ilə bağlı 100-dən çox şəxsin müəyyən edilərək saxlanıldığı bildirilir.

Yenilik.az xəbər verir ki, bu haqda İranın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Açıqlamada saxlanılanların bəzilərinin düşmənçilik niyyəti olan şəxslər olduğu, onların insanlar və tələbələr arasında qorxu və təşviş yaratmağa çalışdığı, terror təşkilatları ilə əlaqəsi olub-olmadığının müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi qeyd edilib.
Məlumatda həmçinin, ötən həftədən zəhərlənmə hallarının sayının xeyli azaldığı vurğulanıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrından İranın müxtəlif əyalətlərində şagirdlər arasında zəhərlənmə halları qeydə alınıb.  Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və ətraflarda uyuşma kimi simptomlar müşahidə olunub. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.