Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: “Azərbaycan öz suverenliyinə aid olan məsələləri Hayastan Respublikası ilə müzakirə etməyəcək”

Hikmət Hacıyev: “Azərbaycan öz suverenliyinə aid olan məsələləri Hayastan Respublikası ilə müzakirə etməyəcək”

Hikmət Hacıyev: “Azərbaycan öz suverenliyinə aid olan məsələləri Hayastan Respublikası ilə müzakirə etməyəcək”
2023-03-12 , 19:55

“Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir”.

Yenilik.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.
“Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur”, - deyə Hikmət Hacıyev qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.