Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gömrük generalları ev dustaqlığına buraxıldılar

Gömrük generalları ev dustaqlığına buraxıldılar

Gömrük generalları ev dustaqlığına buraxıldılar
2023-03-18 , 15:07

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıb.

Yenilik.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə onların vəkilləri məlumat verib.
Məsum Rəsulov və Ehtiram Xəlilov ittiham olunduqları dövlətə vurulan ziyan məbləğini tam həcmdə dövlət büdcəsinə ödəyiblər.
Məhkəmə tərəfindən müdafiəçilərin vəsatətləri təmin edilərək onların barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda barələrində cinayət işi davam edir.
Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.