Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik

Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik

Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik
2023-03-19 , 21:15

Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Yenilik.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.