Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səs verəcəyi tarix və ünvan açıqlanıb
2023-04-12 , 11:04

Türkiyənin Azərbaycanda yaşayan və işləyən vətəndaşları üçün ölkələrində mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində səs verəcəyi ünvan və tarix açıqlanıb.

Səsvermə qardaş ölkənin Bakıdakı səfirliyində keçiriləcək və 5 maydan etibarən iki gün davam edəcək.
Yenilik.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı özünün “Twitter” hesabında paylaşım edib.
“5-6-7 may tarixlərində saat 09:00-dan 21:00-dək Bakı səfirliyimizdə Prezident seçkisi və 28-ci dövr millət vəkili seçkilərinə səsvermə keçiriləcək”, - deyə o, paylaşımında bildirib.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.