Özünü Ərtoğrula bənzədən direktor gülüş hədəfi oldu – VİDEO
2023-03-27 , 11:56
Bakıda 124 nömrəli məktəbdə keçirilən Novruz şənliyi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, məktəbin direktoru Adil Əliyev qırmızı xalat və tac geyinərək özünü məşhur Türkiyə serialındakı Ərtoğrula bənzədib. O, zala daxil olarkən müavinləri “Qalxın, sultan gəlir” deyiblər. Direktor tədbiri də Ərtoğrulsayaq açıq elan edib. Sadəcə “Allahın 99 adı ilə..” sözləri əvəzinə “99 Allahın adı ilə..” deyib ki, bu da gülüşə səbəb olub. Amma insafən, Adil Əliyev inkişafdan da danışıb. Deyib ki, elə sürətlə inkişaf edirik, tezliklə Yaponiya, İsrail, hətta ABŞ-ı geridə qoyacağıq. Direktorun özünü sultana bənzətdiyi tədbirdən yayılan görüntülər sosial şəbəkədə ciddi tənqid və qınaqlara səbəb olub.